Əlcəzairdə Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində azı 5 hərbi qulluqçu ölüb.
İnsident Tipaza əyalətində qeydə alınıb. İlkin versiyaya əsasən, helikopter yüksək gərginlikli elektrik xəttinə ilişərək yerə düşüb.