Bank Of Baku

Fil Dişi Sahilində turistlərə silahlı hücum olub, 12 nəfər ölüb

Fil Dişi Sahilində turistlərə silahlı hücum olub, 12 nəfər ölüb
# 13 mart 2016 19:43 (UTC +04:00)

Bakı-APA. Fil Dişi Sahilində Qran-Basam şəhərində turistlərə silahlı hücum nəticəsində 12 nəfər ölüb.

 

APA-nın məlumatına görə, bu barədə "Al Arabiya" telekanalı məlumat verib.

 

Bildirilir ki, ölənlərdən 4-ü Avropa ölkələri vətəndaşlarıdır. “Etoile du Sud” hotelinın yaxınlığında yerləşən çimərlikdə törədilən hücumda 10-dan çox silahlı iştirak edib. Son məlumata əsasən, onlardan 6-sı təhlükəsizlik qüvvələri tərəfindən məhv edilib.

 

Hadisəyə görə məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR