Bank Of Baku

Hüsnü Mübarək korrupsiya ittihamı ilə 3 il azadlıqdan məhrum edilib - VİDEO

Hüsnü Mübarək korrupsiya ittihamı ilə 3 il azadlıqdan məhrum edilib - <span style="color: red;">VİDEO
# 21 may 2014 12:25 (UTC +04:00)

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, analoji ittihamla günahkar bilinən Mübarəkin oğulları Əli və Camal isə 4 il həbs cəzası alıblar. Məhkəmə ata və oğullarını təxminən 3 milyon dollar cərimələyib və onların dövlətə vurduqları 17,6 milyon dollar həcmində ziyanı ödəməsi barədə qərar qəbul edib.

 

Cinayət işi dövlət saraylarının restavrasiyası ilə bağlı idi. İş üzrə məhkəmə prosesi bu ilin fevralında başlayıb.

 

Hazırda H. Mübarək 86 yaşındadır. O, 2013-cü ilin avqustundan bəri Qahirədəki hospitalların birində müalicə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR