Bank Of Baku

İŞİD-ə məxsus dərgidə tunisli siyasətçi Məhəmməd Brahiminin qatili ilə müsahibə dərc edilib

İŞİD-ə məxsus dərgidə tunisli siyasətçi Məhəmməd Brahiminin qatili ilə müsahibə dərc edilib
# 31 mart 2015 00:26 (UTC +04:00)

Bakı-APA. İŞİD terror qruplaşmasının üzvü Əbu Mukatil ət Tunisi qruplaşmanın aylıq nəşrinə müsahibəsində tanınmış tunisli siyasətçi Məhəmməd Brahimini qətlə yetirdiyini etiraf edib.

 

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə İŞİD-in nəşr resurslarının monitorinqini həyata keçirən SITE Intelligence Group təşkilatı məlumat yayıb.   

 

Terrorçunun sözlərinə görə, o siyasətçini ölkədə vəziyyəti gərginləşdirmək məqsədi ilə qətlə yetirib. Əbu Mukatil ət Tunisi 2014-cü ildə Suriyaya yollanaraq İŞİD-ə qoşulub.

 

Xatırladaq ki, Tunisin dünyəvi müxalifətinin lideri Məhəmməd Brahimi 2013-cü ildə qətlə yetirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR