İŞİD terror qruplaşması Misirin Əl-Əriş şəhərində hava limanına edilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, silahlıların hava limanını atəşə tutması nəticəsində Misir Silahlı Qüvvələrinin zabiti həlak olub, daha ikisi yaralanıb.
Qeyd edək ki, əl-Əriş şəhəri Sinay yarımadasının şimalında yerləşir. Misir ordusu Sinay yarımadasının şimalında iki ildir ki, ekstremist qruplaşmalara qarşı antiterror əməliyyatı həyata keçirir.