Bank Of Baku

İŞİD Qahirədə kopt kilsəsində törədilən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb

İŞİD Qahirədə kopt kilsəsində törədilən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb
# 14 dekabr 2016 00:32 (UTC +04:00)

İŞİD terror qruplaşması Qahirədə kopt kilsəsində törədilən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb. APA-nın “RİA Novosti”yə istinaən verdiyi xəbərə görə, “Abbasiyə” kilsələr  kompleksində ötən bazar törədilən partlayış nəticəsində 25 nəfər ölüb, 49 nəfər yaralanıb.   

 

Qeyd edək ki, terror aktı terrorçu-kamikadze tərəfindən törədilib. Gənc terrorçu kilsəyə daxil olaraq, üzərində partladıcı qurğunu işə salıb.

 

Hazırda terror aktını hazırlamaqda şübhəli bilinən 3 kişi və bir qadın saxlanılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR