Bank Of Baku

İŞİD silahlıları Liviyada bir neçə yaşayış məntəqəsini zəbt ediblər

İŞİD silahlıları Liviyada bir neçə yaşayış məntəqəsini zəbt ediblər
# 05 may 2016 23:58 (UTC +04:00)

Bakı-APA.  İŞİD silahlıları Liviyada bir neçə yaşayış məntəqəsini zəbt ediblər.  APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, terrorçular Əbu Qreyn şəhərini və bir neçə kiçik yaşayış məntəqəsini tam nəzarətə götürüblər.

 

Yerli “Əl Vasat” nəşrinin məlumatına görə, “Misurata briqadası”nın geri çəkilməsi silahlıların uğur əldə etməsinə səbəb olub.  

 

Məlumata görə, silahlılar hücuma keçməzdən əvvəl minalanmış avtomobillərlə misuratalıların blokpostlarını partladıblar. Partlayışlar nəticəsində xeyli sayda ölənlərin olduğu bildirilir. Şahidlərin məlumatlarına əsasən, terrorçular zəbt etdikləri ərazilərdə blokpostlar quraraq, yoldan keçən bütün avtomobilləri saxlayırlar. Polis əməkdaşları və hərbçilər terrorçular tərəfindən dərhal qətlə yetirilir.    

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR