Bank Of Baku

İspaniya Yəməndəki səfirliyinin fəaliyyətini dondurub

İspaniya Yəməndəki səfirliyinin fəaliyyətini dondurub
# 14 fevral 2015 17:45 (UTC +04:00)

Bakı-APA. İspaniya Yəməndəki səfirliyinin fəaliyyətinin dondurulmasına dair qərar verib. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə İspaniya XİN-in açıqlamasında bildirilir.

 

Bundan başqa İspaniya XİN Yəməndə olan vətəndaşlarına müvəqqəti Yəməni tərk etməyə çağırıb.

 

“İspaniya qərarın verilməsinə  səbəb olmuş problemlərin yaxın zamanda aradan qaldırılacağına və səfirliyin fəaliyyətinin tezliklə bərpa olunacağına ümid edir”, deyə açıqlamada bildirilir.   

 

 

Qeyd edək ki, hazırda Yəməndə hakimiyyət prezidenti və hökuməti istefaya göndərmiş üsyançıların əlindədir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR