Bank Of Baku

Kamerun ordusu “Boko Haram” qruplaşmasının 100-dən çox üzvünü məhv edib

Kamerun ordusu “Boko Haram” qruplaşmasının 100-dən çox üzvünü məhv edib
# 09 sentyabr 2014 00:26 (UTC +04:00)

Bakı – APA. Kamerun ordusu ölkənin şimal sərhədində “Boko Haram” qruplaşmasının 100-dən çox üzvünü məhv edib.

 

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu Kamerun hökumətinin mətbuat katibi İssa Çiroma Bakari bəyan edib.

 

“Kamerun ordusu dövlət sərhədini pozmağa cəhd edən “Boko Harama” ciddi zərbə endirib”, deyə Bakari bildirib.

 

Qeyd edək ki, 2014-cü ilin ilk yarısında 2053 nəfər “Boko Haram” radikal islamçı qruplaşmasının qurbanı olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR