Bakı-APA. Kamerun Silahlı Qüvvələri ölkənin şimalında, Nigeriya ilə sərhəddə yerləşən Kerava şəhərini ″Boko Haram″ terror qruplaşması silahlılarından geri alıb.
APA-nın AFP agentliyinə istinadən verdiyi məlumata görə, terrorçular Nigeriyaya qaçmağa məcbur olublar.
Oktyabrın 23-də ″Boko Haram″ silahlıları Kamerun-Nigeriya sərhədindəki Kerava şəhərini ələ keçiriblər. Hücum zamanı ekstremistlər qadın və azyaşlılar daxil olmaqla azı 9 dinc sakinin başını kəsiblər.
“Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır.