Bank Of Baku

Kamerunda sərnişin qatarının qəzaya uğraması nəticəsində ölənlərin sayı 55-ə çatıb - YENİLƏNİB

Kamerunda sərnişin qatarının qəzaya uğraması nəticəsində ölənlərin sayı 55-ə çatıb - <span style="color: red;">YENİLƏNİB
# 22 oktyabr 2016 00:45 (UTC +04:00)

Bakı-APA. Kamerunda sərnişin qatarının qəzaya uğraması nəticəsində ölənlərin sayı 55 nəfərə çatıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, 575 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 14 nəfərin dağıntılar altında qaldığı bildirilir.

 

 

Bundan əvvəl 53 nəfərin öldüyü, 300-dək insanın yaralandığı bildirilirdi.

 

Qəza ötən gün paytaxt Yaunde şəhərindən 120 km aralıda baş verib.

 

***

 

23:35

 

Bakı-APA. Kamerunda sərnişin qatarının qəzaya uğraması nəticəsində 53 nəfər ölüb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, qatar paytaxt Yaunde şəhərindən ölkənin iqtisadi mərkəzi olan Duala şəhərinə yollanırmış.

 

Qatarın naməlum səbəbdən relsdən çıxdığı bildirilir. Qəza nəticəsində bir neçə vaqon aşıb. Hadisənin səbəbləri müəyyənləşdirilir.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR