Bank Of Baku

Kamerunda törədilən iki partlayış nəticəsində 19 nəfər ölüb, 70 nəfər yaralanıb

Kamerunda törədilən iki partlayış nəticəsində 19 nəfər ölüb, 70 nəfər yaralanıb
# 20 fevral 2016 00:14 (UTC +04:00)

Bakı-APA. Kamerunda irimiqyaslı terror aktı törədilib.

 

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, ölkənin şimal-şərqində baş vermiş iki partlayış nəticəsində azı 19 nəfər ölüb, 70 nəfər yaralanıb.

 

Xəsarət alanların bir çoxunun vəziyyəti ağır kimi qiymətləndirilir.

 

İlkin məlumata əsasən, iki nəfər qız terrorçu-kamikadze üzərilərindəki partlayıcı qurğunu bazarda işə salıblar.

 

Hadisəyə görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib. Partlayışları “Boko Haram” terror təşkilatının üzvlərinin törətdiyi ehtimal olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR