Bu gün Keniyada dəhşətli qəza baş verib.
APA-nın məlumatına görə, bu barədə "Daily Nation" qəzeti məlumat yayıb.
Keniyanın şimal-qərbində Nakuru - Eldoret magistralında sərnişin avtobusunun yük avtomobili ilə toqquşması nəticəsində 36 nəfər ölüb, 18 nəfər xəsarət alıb.