Bank Of Baku

Keniyada məhkəmə prezident seçkilərinin nəticələrini ləğv edib

Keniyada məhkəmə prezident seçkilərinin nəticələrini ləğv edib
# 02 sentyabr 2017 04:22 (UTC +04:00)

Keniya Ali Məhkəməsi səsvermə zamanı pozuntular aşkar edildiyinə görə ölkədə keçirilmiş prezident seçkilərinin nəticələrini ləğv edib

 

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, məhkəmə 60 gün ərzində yeni seçkilərin keçirilməsinə dair qərar çıxarıb.

 

Avqustun əvvəlində keçirilən seçkilərin nəticələrinə görə, Keniyanın hazırkı prezidenti Uhura Keniata ikinci müddətə dövlət başçısı seçilib. Seçkilərdə 54% səs toplayan U. Keniata rəqibi, sabiq baş nazir Railu Odinqunu qabaqlayıb. Seçkilərin nəticələri açıqlandıqdan sonra Keniyanın paytaxtı Nayrobi və bir sıra yaşayış məntəqələrində kütləvi iğtişaşlar baş verib.

 

Qeyd edək ki, beynəlxalq müşahidəçilər seçkilər prosesində kobud pozuntu hallarının olmadığını təsdiqləyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR