Bakı - APA. Keniyada silahlılar daş karxanasına hücum edərək, 36 işçini öldürüb.
APA-nın “Reuters”ə istinadən xəbərinə görə, hadisə Mandera şəhərinin 15 km-də, Somali ilə həmsərhəd bölgədə baş verib.
İlkin məlumata görə, kütləvi qətli “əl-Qaidə” ilə bağlılığı olan “əş-Şabab” qruplaşması həyata keçirib.