Bakı-APA. Keniyada universitetdə 148 nəfərin ölümü ilə nəticələnən hücumla əlaqədar 5 nəfər saxlanılıb. APA-nın “CNN” telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Keniyanın DİN rəhbəri İosif Nkaisseri bildirib.
Həbslərin təfərrüatları açıqlanmır. Bildirilir ki, hücum “Əş Şabab” terror qruplaşmasının üzərilərinə partlayıcı qurğu bağlamış silahlıları tərəfindən törədilib. Onlar aprelin 2-də səhər saatlarında Somali ilə həmsərhəd Qariss şəhərindəki universitet yataqxanasına hücum ediblər.
Bundan əvvəl Keniya hakimiyyəti universitetə hücum edənlərin saxlanılmasına görə 215 min dollar mükafat vəd edib.