Bank Of Baku

Keniyanın paytaxtında kütləvi iğtişaşlar başlayıb

Keniyanın paytaxtında kütləvi iğtişaşlar başlayıb
# 12 avqust 2017 00:24 (UTC +04:00)

Keniyanın paytaxtı Nayrobi şəhərində kütləvi iğtişaşlar başlayıb.

 

APA-nın “RT”-yə istinadən verdiyi xəbərə görə, buna ölkədə keçirilmiş prezident seçkilərinin nəticələrinin açıqlanması səbəb olub.

 

Keniyanın hazırkı prezidenti Uhura Keniata ikinci müddətə seçilib. Seçkilərdə 54% səs toplayan U.Keniata rəqibi, sabiq baş nazir Railu Odinqunu (44%) qabaqlayıb.

 

Yüzlərlə polis əməkdaşı ictimai asayişi təmin etməyə çalışsa da, şəhərin müxtəlif ərazilərində atəş səslərinin eşidildiyi bildirilir.  

 

Qeyd edək ki, beynəlxalq müşahidəçilər seçkilər prosesində kobud pozuntu hallarının olmadığını təsdiqləyiblər. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR