Bank Of Baku

Liviya BMT-dən silah embarqosunun ləğv edilməsini istəyib

Liviya BMT-dən silah embarqosunun ləğv edilməsini istəyib
# 08 yanvar 2016 21:33 (UTC +04:00)

Bakı-APA. Liviya hökuməti terrorçulara qarşı mübarizə aparmaq üçün BMT tərəfindən ölkəyə tətbiq edilən silah sanksiyalarını ləğv etməyə çağırıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Liviya hökumətinin bəyanatı yanvarın 7-də Zliten şəhərində hərbi təlim düşərgəsində törədilən və 50-dən çox insanın ölümünə səbəb olan terror aktından sonra səsləndirilib.

 

Liviyanın müdafiə naziri Məhəmməd Bəşir ən-Naas İŞİD terrorçuları tərəfindən törədilən terror aktını çirkin cinayət adlandırıb.

 

Qeyd edək ki, BMT-nin 2011-ci ildə qəbul etdiyi qətnaməyə əsasən Liviyaya qarşı silah embarqosu tətbiq edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR