Bank Of Baku

Liviya neft hasilatının səviyyəsini “dondurmayacaq”

Liviya neft hasilatının səviyyəsini “dondurmayacaq”
# 18 sentyabr 2016 00:52 (UTC +04:00)

Bakı-APA. Liviya rəhbərliyi neft tədarükçüsü olan ölkələrin neft hasilatının səviyyəsinin “dondurulması” təşəbbüsünə qoşulmayacaq.

 

APA-nın “The Wall Street Journal”a istinadən verdiyi xəbərə görə, bu barədə Liviyanın OPEK-dəki səfiri Məhəmməd Oun bildirib.  

 

“Biz hasilatın əvvəlki səviyyəsini bərpa etməyincə,  “dondurulma” ilə razılaşmayacağıq”, - deyə səfir bildirib.  

 

Onun sözlərinə görə,  neft hasilatının əvvəlki səviyyəsi bərpa edildikdən sonra Liviya bu mövzunun müzakirəsinə qayıtmağa hazır olacaq.  Səfir bildirib ki, Liviyanın neft hasilatının əvvəlki səviyyəsi Müəmmər Qəddafinin hakimiyyəti dövründəki göstərici - sutkada 1,6 milyon barel hesab olunur. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR