Bank Of Baku

Liviya parlamenti BMT-nin milli birlik hökumətinə dair təklifini rədd edib

Liviya parlamenti BMT-nin milli birlik hökumətinə dair təklifini rədd edib
# 19 oktyabr 2015 23:18 (UTC +04:00)

Bakı-APA. Liviyanın  beynəlxalq səviyyədə tanınan parlamenti BMT-nin milli birlik hökumətinə dair təklifini rədd edib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu parlamentin nümayəndəsi Əli Tekbali bəyan edib.

 

“Deputatların əksəriyyəti BMT-nin təklifini qəbul etməyiblər”, deyə Ə.Tekbalı bildirib. Eyni zamanda, Liviyanın  beynəlxalq səviyyədə tanınan parlamenti bəyan edib ki, BMT-nin himayəsi altında sülh prosesində iştirakını davam etdirməyə hazırdır.

 

Qeyd edək ki, oktyabrın 9-da BMT-nin xüsusi elçisi Bernardino Leon Fayez Sərracın başçılığı ilə milli birlik hökumətinə namizədlərin siyahısını razılaşdırmışdı. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR