Bank Of Baku

Liviyada İŞİD silahlıları təhlükəsizlik qüvvələrinin 11 əməkdaşının başını kəsib

Liviyada İŞİD silahlıları təhlükəsizlik qüvvələrinin 11 əməkdaşının başını kəsib
# 25 fevral 2016 00:27 (UTC +04:00)

Bakı-APA. Liviyanın Sabrata şəhərində İŞİD silahlıları 17 təhlükəsizlik qüvvələri əməkdaşını  öldürüb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Sabrata şəhərinin meri bildirib.

 

Belə ki, 6 nəfər fevralın 23-də terrorçularla gedən döyüşlərdə ölüb. Bir gün sonra isə terrorçular təhlükəsizlik idarəsinin binasını ələ keçirərək 11 nəfərin başını kəsiblər.

 

Qeyd edək ki, fevralın 19-da ABŞ hərbi təyyarələrinin Sabrata şəhərinə hava zərbələri endirməsi nəticəsində 49 nəfər ölüb.  Hədəfdə bir neçə terror aktının təşkilatçısı sayılan tunisli terrorçu Nurəddin Şuşanın olduğu bildirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR