Bank Of Baku

Liviyada raket mərmisi yaşayış binasına düşüb, ölənlər var

Liviyada raket mərmisi yaşayış binasına düşüb, ölənlər var
# 04 may 2017 00:00 (UTC +04:00)

Liviyanın Benqazi şəhərində raket mərmisi yaşayış binasına düşüb.

 

APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 3 nəfər ölüb.

 

Məlumata əsasən, mərmi şəhərin cənub-şərq hissəsində yerləşən üçmərtəbəli binaya düşüb. Partlayış nəticəsində yaxınlıqdakı avtomobillərə ziyan dəyib, mağazaların şüşələri sınıb.

 

Raketin kim tərəfindən atıldığı məlum deyil. 

 

Qeyd edək ki, 2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra Liviyada ikihakimiyyətlilik hökm sürür. Ümumxalq səsvermə nəticəsində seçilmiş parlament Tobruk şəhərində, Milli Barışıq Hökuməti isə Tripolidə yerləşir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR