Tripolidə “Mitiqa” beynəlxalq hava limanına hücum zamanı azı 20 nəfər ölüb, 60 nəfər yaralanıb.
APA-nın məlumatına görə, bu barədə “Libyan Express” qəzeti Səhiyyə nazirliyinə istinadən xəbər verib.
“Sky News Arabia” telekanalının xəbərinə görə, hava limanında Tripolidə Milli Barışıq hökumətinə loyal iki qruplaşma arasında toqquşma baş verib. İnsidentin səbəbləri hələ ki, açıqlanmır.
2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra Liviyada ikihakimiyyətlilik hökm sürür. Ümumxalq səsvermə nəticəsində seçilmiş parlament ölkənin şərqindəki Tobruk şəhərində, Milli Barışıq hökuməti isə Tripolidə yerləşir.
***
16:28
Liviyada Mitiqa beynəlxalq hava limanına hücum zamanı 11 nəfər ölüb.
APA-nın “Times of Malta” nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə Tripoli sahə xəstəxanasının direktoru Abdeldayem Al-Rabti məlumat verib.
O bildirib ki, hadisə nəticəsində 38 nəfər xəsarət alıb.
Aeroportun fəaliyyəti müvəqqəti dayandırılıb. Ərazidə olan məktəblərdə dərslər dayandırılıb.
*** 13.04
Liviyada silahlı qruplaşmanın üzvləri Mitiqa beynəlxalq hava limanına hücum edib.
APA-nın “Libya`s Chanell”ə istinadən verdiyi məlumata görə, bu səbəbdən aeroportun fəaliyyəti müvəqqəti dayandırılıb.