Bakı-APA. Liviyada silahlılar bu ölkənin Hərbi-Hava Qüvvələrinə məxsus qırıcı təyyarəsini vurublar.
APA-nın “Rosbalt” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Liviya Hərbi-Hava Qüvvələrinin komandanı Sakr əl-Cəruşi bildirib.
Onun sözlərinə görə, MİQ-32 hərbi təyyarəsi Benqazi şəhəri yaxınlığında raket zərbəsinə məruz qalıb. Katapult edən pilotun həyatına təhlükə yoxdur.
Qeyd edək ki, ötən ilin sonunda BMT baş katibinin Liviya üzrə xüsusi elçisi Martin Kobler İŞİD-in bu ölkədə üç istiqamətdən hücuma keçdiyini bildirmişdi.