Bank Of Baku

Liviyada silahlıların neft yatağına hücumu nəticəsində 11 nəfər ölüb

Liviyada silahlıların neft yatağına hücumu nəticəsində 11 nəfər ölüb
# 08 mart 2015 02:37 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə neft obyektlərinin mühafizəsi xidmətinin rəsmi nümayəndəsi Əli Əl Xasi bildirib. Onun sözlərinə görə, “Əl Xani” neft yatağını mühafizə etmək mümkün olub, lakin yaxınlıqdakı “Əl Mabruk”, “Əl Baxi” və “Əl Zöhrə” yataqları silahlılar tərəfindən minalanıb.  

 

Hücum zamanı silahlılar hərbçiləri qətlə yetirib, neft anbarını yandırıb və avadanlıqları oğurlayıblar.  

 

Xatırladaq ki, bundan əvvəl İŞİD silahlıları “Əl Mabruk” və  “Əl Baxi” neft yataqlarını zəbt edərək Əs Sidr limanına çəkilmiş boru xəttini sıradan çıxarıblar. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR