Bank Of Baku

Liviyada Sirt şəhərinin limanı İŞİD silahlılarından təmizlənib

Liviyada Sirt şəhərinin limanı İŞİD silahlılarından təmizlənib
# 11 iyun 2016 02:30 (UTC +04:00)

Bakı-APA. Liviya ordusu Sirt şəhərinin limanını İŞİD silahlılarından təmizləyib.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, əməliyyat zamanı 11 hərbçi həlak olub, 35-i yaralanıb.

 

Sirt şəhərinin terrorçulardan azad edilməsi üçün hərbi əməliyyatlara may ayında başlanılıb. Bir aya yaxın müddətdə Sirt uğrunda döyüşlərdə 100 nəfər ölüb, 500 nəfər yaralanıb.

 

Ötən gün Sirtdə İŞİD-in yüksək rütbəli komandiri məhv edilib. Liviya ordusunun rəsmi nümayəndəsi Sirt şəhərinin azad olunması əməliyyatının daha 2-3 gün davam edəcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR