Bank Of Baku

Liviyada terrorçularla döyüşlərdə 8 əsgər həlak olub, 24-ü yaralanıb

Liviyada terrorçularla döyüşlərdə 8 əsgər həlak olub, 24-ü yaralanıb
# 02 oktyabr 2016 22:03 (UTC +04:00)

Bakı-APA. Liviyanın Sirt şəhərində İŞİD terror qruplaşmasının silahlıları ilə döyüşlərdə 8 liviyalı əsgər həlak olub.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, daha 23 hərbçi yaralanıb.

 

Döyüşlərdə azı 10 silahlının məhv edildiyi bildirilir. Silahlılara qarşı əməliyyat mayın 12-də əvvəlində başlayıb.

 

Məlumata görə, şəhərin əksər əraziləri  terrorçulardan təmizlənib. Şəhər uğrunda gedən döyüşlərdə 400 nəfər ölüb, 2 500 nəfər yaralanıb.

 

Qeyd edək ki, avqustun 1-dən ABŞ hərbi aviasiyası İŞİD-in Sirtdəki mövqelərinə hava zərbələri endirir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR