Bakı-APA. Liviyanın Benqazi şəhərində minalanmış avtomobilin partladılması nəticəsində azı 4 nəfər ölüb, 14 nəfər yaralanıb.
APA-nın "AFP" agentliyinə istinadən verdiyi məlumata görə, partlayış hərbi hospitalın qarşısında baş verib.
Ölən və yaralananların mülki şəxslər olduğu qeyd olunur. Partlayışa görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.