Bank Of Baku

Liviyanın Benqazi şəhərində terror aktı törədilib, ölənlər var

Liviyanın Benqazi şəhərində terror aktı törədilib, ölənlər var
# 28 iyul 2015 18:13 (UTC +04:00)

Bakı-APA. Liviyanın sayca ikinci ən iri şəhəri Benqazidə terror aktı baş verib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “Sky News Arabia” telekanalı xəbər verib.

 

Məlumata görə, terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində Liviya ordusunun 3 hərbçisi həlak olub, daha 11 nəfər xəsarət alıb.

 

Hadisənin təfərrüatları barədə məlumat verilmir. Hələ ki, heç bir qruplaşma terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR