Bank Of Baku

Malidə BMT konvoyuna hücum olub, ölən var

Malidə BMT konvoyuna hücum olub, ölən var
# 21 aprel 2015 03:17 (UTC +04:00)

Bakı-APA. Malidə naməlum silahlıların BMT sülhməramlılarının konvoyuna hücumu nəticəsində 1 nəfər ölüb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Qao şəhərindən 30 km aralıda baş verib.

 

“Hücum nəticəsində sürücülərin biri öldürülüb, onun maşını isə yandırılıb”, BMT-nin məlumatında deyilir.

 

Qeyd edək ki, aprelin 17-də Malinin şimalında BMT konvoyu hücuma məruz qalmışdı, 2 nəfər ölmüş, 1 nəfər yaralanmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR