Bank Of Baku

Malidə BMT sülhməramlılarının konvoyu minaya düşüb, ölənlər var

Malidə BMT sülhməramlılarının konvoyu minaya düşüb, ölənlər var
# 28 fevral 2018 18:47 (UTC +04:00)

Malidə BMT sülhməramlılarının konvoyu minaya düşüb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Mopti şəhəri yaxınlığında qeydə alınıb.

 

Məlumata görə, hadisə nəticəsində 4 sülhməramlı ölüb, daha 4-ü ağır yaralanaraq hospitala çatdırılıb.

 

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının qərarı ilə Malidə BMT-nin 12 minlik sülhməramlı missiyası (MINUSMA) fəaliyyət göstərir. Həmçinin ölkədə Fransa ordusunun 4 minlik kontingenti yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR