Bakı-APA. Malidə 2012-ci ilin noyabrında ekstremistlər tərəfindən girov götürülmüş Portuqaliya əsilli Fransa vətəndaşı Jilberto Rodriqeş Lealeni qətlə yetiriblər. APA-nın “İTAR TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə “Qərbi Afrikada birlik və cihad naminə hərəkat” ekstremist qruplaşmasının nümayəndəsi Yoro Abdulla Salama bildirib.
“Biz Rodriqeşin öldüyünü elan edirik, ö ölüb, çünki Fransa bizim düşmənimizdir”, deyə Abdulla Salama bildirib. Bununla belə, o, Rodriqeş Lealenin nə vaxt və hansı şəraitdə öldüyü barədə açıqlama verməyib.
Qeyd edək ki, bir neçə gün əvvəl Fransa xüsusi təyinatlıları Suriyada “Əl Qaidə”ilə əlaqəli silahlılar tərəfindən girov götürülmüş 4 jurnalisti xilas edib.