Bank Of Baku

Malidə fransalı əsgərlər minaya düşüb

Malidə fransalı əsgərlər minaya düşüb
# 21 fevral 2018 22:04 (UTC +04:00)

Malidə sülhməramlı kontingentin heyətində olan iki fransalı əsgər minaya düşərək həlak olub, daha 1-i yaralanıb.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Fransa prezidentinin administrasiyasından bildiriblər.

 

Beləliklə, Mali ərazisində keçirilən antiterror əməliyyatı çərçivəsində həlak olan Fransa hərbçilərinin sayı 21-ə çatıb

 

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının qərarı ilə Malidə BMT-nin 12 minlik sülhməramlı missiyası (MINUSMA) fəaliyyət göstərir. Həmçinin ölkədə Fransa ordusunun 4 minlik kontingenti yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR