Bakı-APA. Malinin Sevar şəhərində naməlum silahlıların “Biblos” hotelinə hücumu zamanı BMT əməkdaşı ölüb.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, BMT-nin Malidəki missiyasının nümayəndəsi məlumatı təsdiqləyib.
Ölənin BMT-nin Malidəki sülhməramlı missiyasının (MINUSMA) üzvü olduğu bildirilir. Onun milliyyəti barədə məlumat verilmir.
Bundan əvvəl, Ukrayna vətəndaşının terrorçuların ələ keçirdiyi hoteldən qaçdığı barədə məlumatlar yayılmışdı.