Bank Of Baku

Malidə hücum nəticəsində 6 BMT sülhməramlısı ölüb

Malidə hücum nəticəsində 6 BMT sülhməramlısı ölüb
# 13 fevral 2016 04:01 (UTC +04:00)

Bakı-APA. Malidə silahlıların hücumu nəticəsində ölən BMT sülhməramlılarının sayı 6-ya çatıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, fevralın 12-də sülhməramlılarının Kidal şəhərindəki düşərgəsi hücuma məruz qalıb.

 

Düşərgə minaatanlardan və iri çaplı silahlardan atəşə tutulub. Hücuma görə məsuliyyəti “Ənsər-əd-Din” terror qruplaşması öz üzərinə götürüb. Bu qruplaşma “Əl-Qaidə” qruplaşmasının “İslam Maqrib dövlətlərindəki” qolu sayılır.  

 

Qeyd edək ki, Malidə hökumət qüvvələri ilə müxtəlif separatçı və radikal islamçı qruplaşmalar arasında münaqişə 2012-ci ildə başlayıb. “Ənsər-əd-Din” ekstremist qruplaşmasının silahlıları bir neçə dəfə BMT-nin Malidəki hərbi bazalarına hücum edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR