Bank Of Baku

Malidə miqrantları daşıyan yük maşını atəşə tutulub, ölən və yaralananlar var

Malidə miqrantları daşıyan yük maşını atəşə tutulub, ölən və yaralananlar var
# 01 dekabr 2015 00:18 (UTC +04:00)

Bakı-APA. Malinin şimalında naməlum silahlılar afrikalı miqrantları daşıyan yük maşınını atəşə tutub.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 4 nəfər ölüb, 6 nəfər yaralanıb.

 

İnsident Tabankort və Anefis yaşayış məntəqələrinin arasında qeydə alınıb. Yük maşınında Əlcəzairə yollanan Mali, Qvineya, Niger, Nigeriya və digər ölkələrin vətəndaşları olub.

 

BMT-nin Malidəki sülhməramlı missiyasının (MINUSMA) məlumatına əsasən, yaralılar helikopterlərlə Qao şəhərinə çatdırılıb. Onlardan 5-i Mali, 1 isə Qvineya vətəndaşıdır.

 

Hücuma görə heç kim məsuliyyəti öz üzərinə götürməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR