Bakı-APA. Malidə törədilmiş partlayış nəticəsində BMT-nin 5 sülhməramlısı həlak olub. APA-nın “İTAR-TASS”-a istinadən verdiyi xəbərə görə, hərbçiləri daşıyan avtomobil minaya düşüb. Həlak olan hərbçilərin Çad vətəndaşı olduğu bildirilir.
Beləliklə, sentyabrda Malidə həlak olan sülhməramlıların sayı 10-a çatıb.