Bank Of Baku

Mərakeşdə şiddətli yağışlar 32 nəfərin ölümünə səbəb olub

Mərakeşdə şiddətli yağışlar 32 nəfərin ölümünə səbəb olub
# 25 noyabr 2014 01:49 (UTC +04:00)

Bakı-APA. Mərakeşin cənub əyalətlərində noyabrın 22-dən  başlayan şiddətli yağış və daşqınlar  nəticəsində 32 nəfər ölüb, 6 nəfər itkin düşüb.

 

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, ən çox ziyan çəkən ölkənin Quelmim əyaləti olub, burada 24 nəfər təbii fəlakətin qurbanı olub.

 

Hazırda itkin düşənlərin tapılması üçün xilasedicilər  tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR