Bank Of Baku

Misir hərbçiləri Sinay yarımadasında 30 silahlını məhv edib

Misir hərbçiləri Sinay yarımadasında 30 silahlını məhv edib
# 24 noyabr 2017 21:01 (UTC +04:00)

Misir hərbçiləri Sinay yarımadasında keçirilən xüsusi əməliyyat zamanı 30 silahlını məhv edib.

 

APA-nın xəbərinə görə, bu barədə “SkyNews Arabia” telekanalı məlumat verib.

 

Məlumata əsasən, hazırda ordu və xüsusi xidmət orqanları ekstremistlərin təlim düşərgələrinin axtarışı ilə məşğuldurlar.

 

Qeyd edək ki, noyabrın 24-də Misirin Sinay yarımadasında məsciddə törədilən partlayış nəticəsində 235 nəfər ölüb, 100-dən çoxu yaralanıb.

 

Misir ordusu Sinay yarımadasının şimalında iki ilə yaxındır ki, ekstremist qruplaşmalara qarşı antiterror əməliyyatı həyata keçirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR