Bank Of Baku

Misir Liviyada terrorçuların mövqelərinə hava zərbələri endirib

Misir Liviyada terrorçuların mövqelərinə hava zərbələri endirib
# 29 may 2017 21:54 (UTC +04:00)

Misir Hərbi Hava Qüvvələrinin təyyarələri Liviyada terrorçuların Derna şəhərindəki mövqelərinə  hava zərbələri endirib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hava zərbələri Liviya rəhbərliyi ilə razılaşdırılıb.

 

Mayın 26-da  Misirin EL-Minya əyalətində içərisində xristian koptlar olan avtobusa silahlı hücum edilib. Nəticədə 29 nəfər ölüb. Misir hökuməti hücumu Liviyada fəaliyyət göstərən terrorçuların törətdiyini ehtimal edir.  

 

Mayın 27-də Misir hərbi aviasiyası Liviyanın şərq hissəsinə hava zərbələri endirib. Zərbələrin hədəfləri terrorçulara məxsus düşərgələr və silah anbarları olub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR