Bank Of Baku

Misir ordusu Sinay yarımadasında 100-ə yaxın ekstremisti məhv edib

Misir ordusu Sinay yarımadasında 100-ə yaxın ekstremisti məhv edib
# 12 sentyabr 2015 00:44 (UTC +04:00)

Bakı-APA. Misir ordusu Sinay yarımadasının şimalında həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində 100-ə yaxın ekstremisti məhv edib, daha 23 nəfərin yaxalandığı bildirilir.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, əməliyyat zamanı Misir Silahlı Qüvvələrinin 4 hərbçisi həlak olub, yaralananlar var.

 

Sinay yarımadasında bir həftəyə yaxındır ki “Ənsar Beyt əl-Makdis” qruplaşmasına qarşı xüsusi əməliyyat keçirilir. Qruplaşma 2014-cü ildə İŞİD-ə qoşulduğunu bəyan edib.

 

Qeyd edək ki, “Ənsar Beyt əl-Makdis”  əvvəllər “Əl Qaidə”-nin tebeliyində döyüşüb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR