Bank Of Baku

Misir ordusu Sinay yarımadasında 50-dən çox terrorçunu məhv edib

Misir ordusu Sinay yarımadasında 50-dən çox terrorçunu məhv edib
# 04 yanvar 2016 22:26 (UTC +04:00)

Bakı-APA. Misir ordusunun Sinay yarımadasında keçirdiyi xüsusi əməliyyat nəticəsində 50-dən çox “Vilayət Sina” qruplaşmasının silahlısı məhv edilib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, əməliyyata quru qoşunlarla yanaşı hərbi təyyarə və helikopterlər cəlb edilib.

 

Sinay yarımadasında əməliyyat üç gündür ki, davam edir. Yanvarın 2-də hərbi mənbələr 40 terrorçunun məhv edildiyini, 15-in isə yaralandığını bildirib.

 

Xatırladaq ki, “Vilayət Sina” – İŞİD qruplaşmasının Sinay yarımadasındakı qolu hesab edilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR