Bank Of Baku

Misir Prokurorluğu ölkə prezidentinə sui-qəsd planı ilə bağlı istintaqa başlayıb

Misir Prokurorluğu ölkə prezidentinə sui-qəsd planı ilə bağlı istintaqa başlayıb
# 16 oktyabr 2016 16:35 (UTC +04:00)

Bakı-APA. Misir Baş Prokurorluğu ölkə prezidenti Abdel Fəttah as-Sisiyə qarşı planlaşdırılan sui-qəsd  cəhdi və Qahirədə kütləvi iğtişaşa hazırlıqla bağlı cinayət işi açıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Baş Prokurorluğun Dövlət Təhlükəsizliyi Aparatı dövlət başçısı da daxil olmaqla, yüksək vəzifəli şəxslərin terror təşkilatı tərəfindən öldürülməsi planı barədə əməliyyat-axtarış tədbirlərinin nəticələrini təqdim edib və istintaq başlayıb.

 

Terror aktının həyata keçirilməsi üçün minalanmış avtomobillərdən istifadə edilməsinin planlaşdırıldığı üzə çıxıb. İstintaqla bağlı digər məqamlar barədə məlumat verilməyib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR