Bakı-APA. Misir hökuməti və “bp” neft-qaz korporasiyası arasında 12 mlrd. dollar dəyərində müqavilə imzalanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, saziş Misirdə keçirilən iqtisadi inkişaf və sərmayələrə dair beynəlxalq konfransda imzalanıb.
“Misir 2020-ci ilədək ixrac və idxal arasındakı fərqi aradan qaldırmaq, idxalın həcmini azaltmaq iqtidarındadır”, deyə Misirin planlaşdırma naziri Əşrəf Arabi bildirib.
Bundan əvvəl “bp” Misirin qaz yataqlarının işlənməsinə 12 mlrd. dollar vəsait yatırmaq niyyətində olduğunu bildirmişdi.