Bank Of Baku

Misir xüsusi xidmət orqanları terrorçularla əlaqədə olmaqda şübhəli bilinən ABŞ səfirliyinin əməkdaşını həbs edib

Misir xüsusi xidmət orqanları terrorçularla əlaqədə olmaqda şübhəli bilinən ABŞ səfirliyinin əməkdaşını həbs edib
# 10 iyun 2015 03:42 (UTC +04:00)

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə  “Daily News Egypt” nəşri məlumat yayıb.  

 

“Biz təsdiqləyirik ki, Misir vətəndaşı olan səfirliyin əməkdaşı xüsusi xidmət orqanları tərəfindən həbs edilib. İttihamların irəli sürülməsi və hüquqi prosesə dair digər addımların atılması  kimi məsələlər ilə bağlı biz Misir nümayəndələri ilə daim təmasdayıq”, deyə səfirlikdən bildirilib.  

 

Məlumata görə, həbs edilən 42 yaşlı şəxsin adı Əhməd Əlidir. Onun səfirliyin mühafizə sistemində çalışdığı bildirilir.  

 

Prokurorluq onun “Heluan briqadaları” terror qruplaşması ilə əlaqəli olduğunu iddia edir. Polisin məlumatına görə, o nəinki qruplaşmasının lideri, hətta 13 hücumun birbaşa iştirakçısı olub.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR