Bakı-APA. Misir ordusu Qəza zolağı ilə həmsərhəd Sinay yarımadasında 17 silahlının öldürüldüyünü elan edib. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Əl Ərəbiyyə telekanalı məlumat yayıb.
Daha 3 silahlı həbs olunub, terrorçulara məxsus 4 avtomobil sıradan çıxarılıb.
Qeyd edək ki, iyulun 3-də - prezident Məhəmməd Mursinin hakimiyyətdən devrilməsinin 3-cü ildönümü münasibəti ilə “Müsəlman qardaşlar” hərəkatının tərəfdarları Misirin paytaxtı Qahirədə kütləvi aksiyalar keçirib. Etirazçılarla toqquşmalarda bir neçə polis əməkdaşı yaralanıb. DİN-in məlumatına əsasən, Qahirədə 157 aksiya iştirakçısı saxlanılıb.