Bakı. Zümrüd Paşayeva - APA. Qahirə məhkəməsi “Əl-Cəzirə” telekanalının 3 əməkdaşı barədə həbs qərarı çıxarıb.
APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, jurnalistlər Piter Qreste, Məhəmməd Fəhmi və Bahər Məhəmməd 7 il müddətinə azadlıqdan məhrum edilib.
Onlar yanlış informasiya yaymaqda günahlandırılıb.
Misir prezidenti Abdel Fəttah əl-Sisi məhkəmənin işinə qarışmayacağını bəyan edib.