Bank Of Baku

Misirdə “Müsəlman qardaşları”nın 183 tərəfdarına ölüm cəzası kəsilib

Misirdə “Müsəlman qardaşları”nın 183 tərəfdarına ölüm cəzası kəsilib
# 02 fevral 2015 13:17 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. Misir məhkəməsi “Müsəlman qardaşları” hərəkatının 183 tərəfdarına ölüm cəzası kəsib.

 

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, onlar 2013-cü ilin avqust hadisələrində polis zabitlərinin qətlə yetirilməsində ittiham olunurlar.

 

34 nəfər barəsində qərar qiyabi şəkildə qəbul olunub.

 

Qeyd edək ki, “Müsəlman qardaşları” hərəkatının fəalları Kardasa şəhərində 16 polis əməkdaşının ölümündə ittiham olunur. Bu hadisə hərbi çevrilişlə müşaiyət olunan iğtişaşlar zamanı baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR