Misirin Beni-Suef əyalətində ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın “Nation News”-a istinadən verdiyi xəbərə görə, marşrut avtobusunun yük maşını ilə toqquşması nəticəsində 15 nəfər ölüb.
Hazırda hadisə yerində xilasedici qüvvələr və həkim briqadaları fəaliyyət göstərir.