Bakı-APA. Misirdə ağır yol qəzası baş verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Sohag şəhərində beynəlxalq hava limanı yaxınlığında mikroavtobus minik avtomobili ilə toqquşub.
İnsident nəticəsində azı 12 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Qəzanın başvermə səbəbləri barədə məlumat verilmir.